Fitness, bodibildinq və sağlam həyat tərzinin tərəfdarlarını salamlayıram!

Mənim adım Urfan İsmayılovdur, və mən özünü uzun illər ərzində müxtəlif döyüş növlərinə həsr etmiş keçmiş idmançıyam. Halbu ki keçmiş döyüşçü deyilən bir şey yoxdur, elə “idmançı” sözü də tətbiqi karate ilə məşğul olan adama uyğun gəlmir.

Bununla belə, bu belədir. Bu haqda daha ətraflı burada oxumaq olar.

İllər ərzində fitness və diyetologiyanı öyrənərək mən bu haqda çoxlu material tapdım və oxudum. Və sizə deyim ki, yaxşı material tapmaq üçün rus və başqa xarici mütəxəssisslərin təcrübəsini öyrənərək kompüter arxasında çox vaxt sərf etməli olurdum.

Və bir anda düşündüm ki, niyə də fitness və bodibildinq haqda sistemləşdirilmiş bir portal yaratmayım ki, orada sağlam qida, fitness sistemlərinin nəzəriyyəsi və praktikası olsun, həm də dərs vəsaitlərindən istifadə olunsun ki, istənilən uğura və nəticəyə nail olunsun.

Bu istiqamətdə işləməyə başladım, və nəticədə sizin indi olduğunuz bu sayt ərsəyə gəldi. Amma mənim dostum mənim fitnesslə maraqlandığımı billərək, bir gün mənə zəng etməsə və məndən yaxşı fitness mərkəzi seçmək üçün məsləhət istəməsə idi, bu saytın konsepsiyanı natamam qalardı. Əlbəttə ki, mən bir neçə zal məsləhət gördüm, amma telefonu bağladıqdan sonra düşündüm ki, nə yaxşıki dostumun zəng etməsi üçün mən varam(qeyri-təvazökardır, bilirəm… Amma düzdür axı:) . Bəs mənim tanış olmadığım insanlar necə olsun? Və onda mən portala fitness zallarının və məşqçilərin kataloqunu əlavə etmək qərarına gəldim.
Bunu istifadə edərək, bizim gözəl şəhərimiz Bakının hər bir sakini özünə uyğun olan zalı tapa bilər, və ona istədiyi nəticəyə nail olmağa kömək edə biləcək məşqçi ilə əlaqə vasitələrini tapa bilər.
Əlbəttə ki, burada fitness zalların administratorlarının kreativliyi və aktivliyi, və fitness-məşqçilərin uzaqgörənliyi lazım olacaq. Öz məlumatlarını kataloqumuzda yerləşdirərək onlar müştərinin onları tapması ehtimalını mütləq artıracaqlar. Qanunları da heç silməyib,

axı reklam alverin mühərrikidir.

Düşünürəm ki, bizdə həm fitness zallar, həm də məşqçilər üçün seçim etməyə kömək üçün maraqlı təklif və tariflər var.

BAKU.Fitness komandası möhtəşəm fikirlər və napoleon planları ilə doludur. Düzdür, siz olmasanız onların heç biri həyata keçməyəcək, ona görə də aktiv olun. Bizi Fаcebook, Twitter və İnstagramda! bəyənin! Xoşunuza gələn materialı paylaşın və ona şərhlər yazın!

Səmimiyyətlə,

Urfan Ismayilov

 

 

 

 

 

 

 

 

 


FİTNES ZALLARI


ПОСЛЕДНИЕ ПУБЛИКАЦИИ

DİMDİK-BAZU ƏZƏLƏ

DİMDİK-BAZU ƏZƏLƏ – m.coracobrachialis – dimdiyəbənzər çıxıntının zirvəsindən başlayır. Bazu sümüyünün kiçik qabarG1q darağından aşağıda bazu sümüyü çismina bağlanır. DİMDİK-BAZU ƏZƏLƏ. Funksiyası: Bazunu bükür, yaxınlaşdırır; bazu içəri hərlənmiş vəziyyətdə olduqda оnun bayıra hərlənməsində... READ MORE